
“Real” final oyununu gözləyir
“Benfika”nın müdafiəçisi Alvaro Karreras karyerasını “Real”da davam etdirə bilər.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, Madrid klubu 22 yaşlı futbolçunun transferi ilə bağlı danışıqları Portuqaliya kubokunun finalından sonra sürətləndirməyi planlaşdırır. Final matçı mayın 25-də keçiriləcək.
Karreras artıq “Real”la şəxsi müqavilə şərtlərini razılaşdırıb. Ancaq klublar arasında rəsmi razılıq hələ əldə olunmayıb və danışıqlar davam edir.
İspaniyalı müdafiəçi cari mövsümdə bütün turnirlərdə 49 oyunda iştirak edib, 4 qol vurub və 5 məhsuldar ötürmə ilə yadda qalıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



