“Real” “Bayern”dən güzəşt gözləyir
“Real” hələ də bu transfer pəncərəsində “Bayern”in müdafiəçisi Alfonso Deyvislə müqavilə bağlamaq ehtimalını istisna etmir.
Komanda.az “Relevo”-ya istinadən xəbər verir ki, tərəflər arasında anlaşma hələ də mümkündür. “Real” rəhbərliyi yay transfer pəncərəsinin başa çatdığını düşünməsinə baxmayaraq, “Bayern”lə müqaviləsinin bitməsinə bir il qalmış Deyvisin Madridə gələ biləcəyini istisna etmir.
Bundan əvvəl Münhen klubu Deyvis üçün 50 milyon avro tələb etmişdi.
“Real” kanadalı futbolçunu bir ildən sonra azad agent kimi almağa üstünlük verir ki, artıq pul ödəməsin. “Bayern” “iştah”ını azaltsa, transfer bu ayın əvvəlində baş tuta bilər.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin