“Real” 19 yaşlı müdafiəçi üçün danışıqlara başlayıb

“Bornmut”un müdafiəçisi Din Heysen karyerasında böyük bir irəliləyişə imza ata bilər.

Komanda.az “Todofichajes”-ə istinadən xəbər verir ki, ispaniyalı futbolçunun xidmətində “Real”, “Çelsi”, “Bayern” və PSJ kimi klublar maraqlıdır.

Heysenin özü “kral klubu”nun xeyrinə seçim edib. Onun potensial transfer məbləği 50-60 milyon avro qiymətləndirilir. “Real” artıq onun təmsilçisi, eləcə də “Bornmut” rəhbərliyi ilə danışıqlara başlayıb.

19 yaşlı müdafiəçi bu mövsüm İngiltərə Premyer Liqasında 25 oyun keçirib, 2 qol vurub və 1 məhsuldar ötürmə edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button