“Real” “Bayern”in futbolçusundan vaz keçməyib

“Bayern”in müdafiəçisi Alfonso Deyvis “Real”a keçə bilər.

Komanda.az “Diario AS” nəşrinə istinadən xəbər verir ki, Madrid klubunun rəhbərliyi fransalı müdafiəçi Ferlan Mendini heyətdə saxlamasına baxmayaraq, kanadalı futbolçu ilə müqavilə imzalamağa hazırlaşır.

Deyvis hazırda Amerika kubokunda Kanada yığmasında çıxış edir. Onun komandası yarımfinalda Argentina millisi ilə qarşılaşacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button