“Real” onu transfer etməyəcək

“Real”ın qapıçısı Kepa Arrisabalaqa icarə müddətini başa vurduqdan sonra məxsus olduğu “Çelsi”yə qayıdacaq.

Komanda.az AS-a istinadən xəbər verir ki, Madrid təmsilçisi 29 yaşlı qolkiperi transfer etməyəcək. Buna səbəb klubun əsas qapıçısı Tibo Kurtuanın sağalmasının sürətlənməsi, eləcə də ukraynalı qapıçısı Andrey Luninin bu mövsüm inamlı oyunudur.

Arrisabalaqa bu mövsüm 15 oyun keçirib, 12 qol buraxıb və 7 oyunda qapısını toxunulmaz saxlayıb. Onun “Çelsi” ilə müqaviləsi 2025-ci ilin yayına qədər nəzərdə tutulub. 

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button