“Real” onu transfer edəcəyinə əmindir

“Bayern”in müdafiəçisi Alfonso Deyvis karyerasını “Real”da davam etdirə bilər.

Komanda.az “Relevo”-ya istinadən xəbər verir ki, Madrid klubu 22 yaşlı kanadalı futbolçu ilə gələn yay müqavilə imzalayacağına əmindir. Klubda hesab edirlər ki, “Bayern” Deyvisi pulsuz itirməmək üçün danışıqlara razı olacaq.

Onun Münhen klubu ilə müqaviləsi 2024/25 mövsümünün sonunda başa çatacaq.

Deyvis bu mövsüm bütün yarışlarda 14 oyun keçirib və 3 məhsuldar ötürmə edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button