
“Real” onu 90 milyon avrodan aşağı qiymətə satmağa razıdır
“Real” vingeri Rodriqonun mümkün satışına dair şərtlərini yumşaltmağa hazırdır.
“Kral klubu” əvvəllər braziliyalı futbolçu üçün 100 milyon avrodan çox tələb edirdi, ancaq bu qiymət potensial alıcıları uzaqlaşdırmışdı.
Komanda.az “Diario AS”-a istinadən xəbər verir ki, “Real” artıq 90 milyon avrodan aşağı təkliflərə də baxmağa hazırdır.
24 yaşlı futbolçunun gələcəyi yeni baş məşqçi Xabi Alonsonun planlarından kənar görünür. O, Rodriqonu əsas heyətdə görmür. Bu səbəbdən, klub rəhbərliyi onun transferinə “yaşıl işıq” yandırıb.
Rodriqoya maraq göstərən klublar arasında “Arsenal”, “Mançester Siti”, “Liverpul”, PSJ və “Bayern” var. Bu yarışda xüsusilə, “Arsenal” favorit hesab olunur. Londonlular artıq uzun müddətdir ki, onun vəziyyətini yaxından izləyirlər.
Bizi Facebook-da izləyin



