
“Real” hücumçusunu Fransa klubuna icarəyə verə bilər
“Real”da az oyun keçirən braziliyalı hücumçu Hendrik Fransa çempionatına gedə bilər.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, “Marsel” 19 yaşlı futbolçunu transfer etməkdə maraqlıdır. Fransa klubu forvardı mövsümün sonuna qədər icarəyə götürmək istəyir və müqavilə yanvar transfer pəncərəsində tamamlana bilər.
Hendrikin “Real”la müqaviləsinin müddəti 2030-cu ilin ortalarına qədərdir.
“Marsel” Fransa çempionatının yeddi turundan sonra 15 xalla turnir cədvəlinin ikinci pilləsində qərarlaşıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



