“Real” ondan vaz keçmək istəmir

İspaniyanın “Real” klubu futbolçusu Luka Modriçlə bağlı qərarını verib.

Komanda.az İspaniya mətbuatına istinadən xəbər verir ki, “kral klubu” 35 yaşlı futbolçuya yeni müqavilə təklif edəcək. Klubun Modriçlə danışıqlara başlamağa hazır olduğu bildirilir. Modriçlə qış tranfser dövrünə qədər yeni müqavilənin imzalanması gözlənilir.

Xorvatiyalı futbolçunun müqaviləsi cari mövsümün sonunda başa çatır. Qaydalara görə, Modriç qış transfer dövründə istədiyi klubla danışıqlar apara biləcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button