“Real” Endriklə bağlı icarə təklifini bir şərtlə qəbul edəcək

“Real” hücumçusu Endrikin qış transfer pəncərəsində icarəyə göndərilməsi variantını nəzərdən keçirir.

19 yaşlı futbolçu Xabi Alonsonun rəhbərliyi altında az oyun imkanı əldə etdiyindən, klub rəhbərliyi onun başqa komandada təcrübə qazanmasının faydalı olacağını düşünür.

Komanda.az “Teamtalk”-a istinadən xəbər verir ki, “kral klubu” yalnız o halda icarə təklifini qəbul edəcək ki, maraqlı tərəflər braziliyalı futbolçunun bütün maaşını və əlavə olaraq icarə kompensasiyasını tam şəkildə ödəməyə razı olsunlar.

Endriklə “Aston Villa”, “Vest Hem” və “Brayton” maraqlanır. “Brayton” onu hətta icarə ilə deyil, tam transfer yolu ilə heyətinə qatmaq istəyir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button