
“Real” sabiq futbolçusunu qaytarmaqdan imtina edib
“Real” sabiq yarımmüdafiəçisi Nikolas Pazı komandaya qaytarmaq imkanından istifadə etməmək qərarı verib.
Komanda.az xəbər verir ki, bu barədə “OK Diario” məlumat yayıb.
“Kral klubu” Pazı 8 milyon avroya geri alma hüququna malik olsa da, bu seçimdən imtina edib. Qərar, yaxın günlərdə komandaya qoşulacaq 17 yaşlı oyunçu Franko Mastantuononun transferi ilə əlaqələndirilir. Klub hesab edir ki, argentinalı futbolçu yarımmüdafiə xəttini gücləndirəcək və Paz üçün komandada yer daralacaq.
2024-cü ilin yayında “Komo”ya keçən Paz da “Real”da ciddi rəqabət səbəbilə əsas heyətə düşməkdə çətinlik çəkəcəyini anlayır. Onun İtaliya klubu ilə müqaviləsinin müddəti 2028-ci ilin yayına qədərdir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



