
“Real”ın Kimmix planı
Almaniya millisinin və “Bayern”in müdafiəçisi Coşua Kimmix hələ də “Real”ın maraq dairəsindədir.
Komanda.az “Todofichajes”-ə istinadən xəbər verir ki, “kral klubu” bu yay 29 yaşlı futbolçu ilə müqavilə imzalamayacaq. Madridlilər 2024/25 mövsümünün sonuna qədər gözləmək niyyətindədirlər, bundan sonra müqaviləni yekunlaşdırmağa cəhd edə bilərlər.
Kimmix “Bayern”lə müqaviləsini yeniləməsə və ya o vaxta qədər başqa kluba keçməsə, transfer baş tutacaq. Onun Münhen klubu ilə müqaviləsi 2025-ci ilin iyun ayının sonuna qədərdir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin