
“Real” fransalı futbolçunu üç dəfə aşağı qiymətə almaq istəyir
Fransalı müdafiəçi Dayot Upamekano “Bayern”dən ayrılaraq İspaniya La Liqasına keçə bilər.
Komanda.az xəbər verir ki, 26 yaşlı futbolçunun xidmətində “Real” maraqlıdır. Bu barədə “Bayern&Germany” məlumat yayıb.
“Real” fransalı müdafiəçiyə görə 20 milyon avro ödəməyi planlaşdırır. Halbuki, “transfermarkt” portalı onun bazar dəyərini 60 milyon avro qiymətləndirir.
Upamekanonun Münhen təmsilçisi ilə olan müqaviləsinin müddəti 2026-cı ilin iyununa kimidir. O, bu mövsüm Almaniya Bundesliqasında 6 oyunda iştirak edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



