“Real” argentinalı futbolçunu istəyir

“Çelsi”nin yarımmüdafiəçisi Enzo Fernandes “Real”ın potensial hədəfləri arasında qalır.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, Madrid klubunun baş məşqçisi Xabi Alonso argentinalı futbolçunun istedadının böyük pərəstişkarıdır və ona görə də, klub gələcəkdə oyunçunu razı salmağa çalışa bilər.

Daha əvvəl də “Real”ın futbolçu ilə maraqlandığı haqda xəbərlər çıxıb.

Fernandes 2023-cü ilin əvvəlində 120 milyon avroya “Benfika”dan “Çelsi”yə keçib. Onun İngiltərə klubu ilə müqaviləsinin müddəti 2032-ci ilin ortalarına qədərdir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button