“Real” onu 10 milyon avroya almağa hazırdır
“Real” icarə müddəti başa çatdıqdan sonra “Çelsi”nin qapıçısı Kepa Arrisabalaqanı almağı planlaşdırır.
Komanda.az “Defensa Central”-a istinadən xəbər verir ki, Madrid klubunun prezidenti Florentino Peres ispaniyalı futbolçunu ikinci qapıçı rolu üçün ideal variant hesab edir. “Real” Arrisabalaqa üçün 10 milyon avro ödəməyə hazırdır.
29 yaşlı qolkiper bu mövsüm “kral klubu”nun heyətində bütün yarışlarda 10 oyun keçirib və 8 qol buraxıb. Onun “Çelsi” ilə müqaviləsi 2025-ci ilin iyun ayının sonuna kimidir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin