“Real” yeni transferdən razıdır, yoxsa narazı?

“Real” yeni transferi Trent Aleksander-Arnoldun Klublararası dünya çempionatındakı çıxışından razıdır.

Komanda.az xəbər verir ki, daha öncə bəzi xarici saytlar Trentin zəif müdafiə oyunu ilə bağlı narahatlıq olduğunu bildirsə də, İspaniyanın tanınmış nəşri “Marca” tam əksini iddia edir.

26 yaşlı futbolçu ABŞ-da keçirilən çempionat boyunca 5 oyunda iştirak edib və 2 məhsuldar ötürmə ilə yadda qalıb. “Real” rəhbərliyi və məşqçilər heyəti onun çıxışından tam razıdır. Baş məşqçi Xabi Alonso Aleksander-Arnolda öz taktiki sxemində əsas rollardan birini həvalə edib.

İngiltərəli müdafiəçi iyunun əvvəlində “Liverpul”dan “Real”a 10 milyon avro qarşılığında transfer olunub və müddəti 2031-ci ilə qədər olan müqavilə imzalayıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button