Kamavinqa iki top-klubun hədəfindədir

“Real” yarımmüdafiəçisi Eduardo Kamavinqanın gələcək perspektivinə dair suallar qarşısındadır.

Komanda.az “Marca”-ya istinadən xəbər verir ki, 22 yaşlı futbolçunun son mövsümdəki qeyri-sabit çıxışı klub rəhbərliyini narahat etməyə başlayıb.

Kamavinqa 2024/25 mövsümündə “Real”ın heyətində ümumilikdə 35 oyunda iştirak etsə də, onların yalnız 22-də startda meydana çıxıb. Onun tez-tez zədələnməsi və fiziki hazır olmaması performansına birbaşa təsir göstərib.

Bu vəziyyət fonunda PSJ və “Mançester Siti” kimi klublar Kamavinqanı transfer etmək istəyindədir. Hər iki komanda onu yaxından izləyir və mümkün transfer üçün ilkin əlaqələr qurmağa hazırdır.

Fransalı futbolçunun “Real”la müqaviləsinin müddəti 2029-cu ilə qədərdir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button