
“Real” ukraynalı futbolçunun gedişinə mane olmayacaq
“Real”ın qapıçısı Andrey Lunin yay transfer pəncərəsində komandadan ayrıla bilər.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, “kral klubu” 26 yaşlı qolkiperə münasib təklif gəldiyi halda, onun transferinə mane olmayacaq.
Lunin hələ də “Real” üçün önəmli oyunçu hesab olunur, ancaq yalnız əsas qapıçı Tibo Kurtuanın əvəzedicisi kimi.
Ukraynalı futbolçu cari mövsümdə Karlo Ançelottinin rəhbərlik etdiyi komandanın heyətində 12 oyuna çıxıb, 19 qol buraxıb və 4 qarşılaşmada qapısını toxunulmaz saxlayıb. Onun klubla müqaviləsinin müddəti 2030-cu ilə qədərdir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



