“Real” ona görə 40 milyon avrodan keçəcək?

“Real” “Selta”nın yarımmüdafiəçisi Qabriel Veyqa ilə maraqlanır.

Komanda.az “sport.es”-ə istinadən xəbər verir ki, ispan futbolçunun müqaviləsində sərbəstqalma maddəsi yer aldığı üçün onun transferi “kral klubu”na 40 milyon avroya başa gələ bilər.

Veyqanın “Selta” ilə müqaviləsi 2026-cı ilə qədər nəzərdə tutulub.

O, 2022/23 mövsümündə bütün turnirlər daxil olmaqla 40 oyuna çıxıb, 11 qol vurub və 4 məhsuldar ötürmə edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button