“Real” olmasaydı, Mbappe heç vaxt PSJ-ni tərk etməzdi”

Hücumçu Kilian Mbappe iki il əvvəl “Real”a baş tutmayan transferinə görə peşman deyil.

Komanda.az AS nəşrinə istinadən xəbər verir ki, bu barədə onun anası Faiza Lamari danışıb:

“Heç bir peşmançılıq yoxdur. Mbappe heç vaxt yalan danışmazdı. O, həmişə bir gün “Real”ın oyunçusu olacağını deyirdi. Bu klub olmasaydı, o, heç vaxt PSJ-ni tərk etməzdi”.

25 yaşlı futbolçunun PSJ-dən Madrid klubuna transferi ötən ay açıqlanıb. Tərəflər arasında beş il müddətinə nəzərdə tutulmuş uzunmüddətli müqavilə bağlanıb. Mbappenin Madriddə maaşı mövsümə 30 milyon avro olacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button