“Real” “Nyukasl”ın futbolçusu ilə maraqlanır

“Real” “Nyukasl”ın yarımmüdafiəçisi Bruno Gimarayeşlə maraqlanır.

Komanda.az İspaniya mətbuatına istinadən xəbər verir ki, Madrid klubu 24 yaşlı braziliyalını yarımmüdafiənin yenidən qurulmasında potensial biri kimi görür.

Gimarayeş 2022-ci ildə 42 milyon avroya “Lion”dan “Nyukasl”a keçib. O, bu mövsüm İngiltərə klubunda 12 matça çıxıb, 3 qol vurub və 1 məhsuldar ötürmə edib. Futbolçunun klubla müqaviləsi 2026-cı ilə qədərdir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button