
“Real” Premyer Liqa klubunun müdafiəçisini “qaralayıb”
“Nottingem Forest”də çıxış edən 21 yaşlı braziliyalı müdafiəçi Murillo karyerasını İspaniya çempionatında davam etdirə bilər.
Komanda.az “Todofichajes”-ə istinadən xəbər verir ki, “Real” oyunçunu transfer etməkdə maraqlıdır.
“Kral klubu” David Alaba və Eder Militaonun son zədələri səbəbindən yeni müdafiəçi axtarır.
Murillo bu mövsüm İngiltərə çempionatında 27 oyun keçirib, 2 məhsuldar ötürmə edib və 4 sarı vərəqə alıb. Braziliyalı futbulçunun klubu ilə müqaviləsi 2028-ci ilin yayına kimi nəzərdə tutulub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin