“Real” Navası istəmədi
“Real”ın sabiq qapıçısı Keylor Navas Tibo Kurtuanın ciddi zədə almasından sonra keçmiş klubuna öz xidmətini təklif edib.
Komanda.az “Marca”-ya istinadən xəbər verir ki, “kral klubu” bu variantdan imtina edib və öncədən də əsas qolkiper adına namizəd olan Kepa Arrisabalaqa ilə müqavilə imzalamaq üçün danışıqları davam etdirib.
Navas 2014-cü ilin avqustundan 2019-cu ilin sentyabrına qədər Madrid klubunda çıxış edib. Kosta-rikalı futbolçu bundan sonra hələ də məxsus olduğu PSJ-yə keçib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin