“Real” qələbə qazandığı oyunun hakimliyini “iyrənc” adlandırdı

“Real” dünən “Alaves”i məğlub edərək (3:2) turnir cədvəlində “Barselona”ya yaxınlaşdı. “Kral klubu” üç xal qazanmasına baxmayaraq, hakimlikdən narazı qalıb.

Komanda.az xəbər verir ki, madridlilər öz mövqeyini klubun TV-sində videoçarx vasitəsilə çatdırıb:

“İyrənc hakimlik. Səlahiyyətdən sui-istifadə, təkəbbür… Bunlar pis hakimlər deyil, şübhəli hakimlərdir.

Məsələ “Real” oyunçularının növbəti oyunda neçə vərəqə alacağıdır. Bazar günü “Atletiko”ya qarşı nə baş verə biləcəyini kim bilir? Hakimlik çox pisdir. İstisna etmək olmaz ki, “Real”ın futbolçuları yatarkən də onlara vərəqə veriləcək”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button