“Real” Alabaya görə narahatdır

“Real” müdafiəçi David Alabanın gələcəkdəki performansından narahatdır.

Komanda.az xəbər verir ki, bu barədə AS nəşri məlumat yayıb.

“Kral klubu”nun rəhbərliyi avstriyalı futbolçunun zədədən sonra hansı vəziyyətdə dönəcəyindən narahatdır. Alaba dizindən iki dəfə əməliyyat olunub və ötən ilin dekabrından meydana çıxmayıb. Madridlilər onun sağalmasını tələsdirmək niyyətində deyillər və noyabrda qayıtmasını gözləyirlər.

32 yaşlı müdafiəçi “Real”a 2021-ci ilin yayında keçib. Tərəflər arasındakı müqavilə 2026-cı ilin iyun ayının sonuna kimidir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button