“Real” Vinisiusa görə narahatdır

“Real” hücumçusu Vinisius Juniorun mövsümün əvvəlindəki durumundan narahatdır.

Komanda.az “Marca”-ya istinadən xəbər verir ki, “kral klubu” braziliyalı futbolçunun performansından və əhval-ruhiyyəsindən razı deyil. Vinisiusun artıq əvvəlki kimi olmadığı hissi var.

Vinisiusun “Real”dakı vəziyyətinin əsas səbəbi ona Səudiyyə Ərəbistanından olan maraq hesab olunur. Bir neçə həftə əvvəl mətbuat Vinisiusun Səudiyyə Ərəbistanına 1 milyard avroya mümkün transferindən yazmışdı.

“Real”ın digər hücumçusu – “Las Palmas”la oyunda (1:1) zəif çıxış edən Rodriqonun da narahatlıq doğurduğu qeyd edilir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button