“Real”da Alonsodan narazılıq artır

“Real” La Liqanın 12-ci turunda səfərdə “Rayo Valyekano” ilə heç-heçə edib (0:0).

Matça açıq-aşkar favorit kimi çıxan “kral klubu” meydanda üstünlüyünü reallaşdıra bilməyib və vacib xallar itirib.

Matçdan sonra İspaniya mətbuatında baş məşqçi Xabi Alonsonun işi ilə bağlı narazılıqlar yenidən gündəmə gəlib.

Komanda.az “Marca”-ya istinadən xəbər verir ki, “Real” rəhbərliyi ispaniyalı mütəxəssisin oyun fəlsəfəsi və komandanın son çıxışlarından narahat olmağa başlayıb.

Alonso bu ilin yayında Karlo Ançelottinin yerinə baş məşqçi postuna gətirilib.

Qolsuz bərabərliyə baxmayaraq, “Real” hələ də La Liqanın lideridir və ən yaxın izləyicisi “Barselona”dan üç xal öndədir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button