“Real” ispan futbolçuya “elçi düşüb” – meneceri açıqladı

“Real” “Napoli”nin futbolçusu Fabian Ruislə maraqlanır.

Komanda.az xəbər verir ki, bu barədə ispan yarımmüdafiəçinin meneceri Alvaro Torres açıqlama verib. İspaniya mətbuatına danışan Torres, “Real”ın müştərisiylə maraqlandığını deyib:

“Aydındır ki, Fabianla maraqlanan çox klub var. O, son üç ili yüksək səviyyədə keçirib.

Bəli, düzdür, “Real” da onunla maraqlanan klublardandır. Bu barədə “Napoli”yə də məlumat vermişik. Hazırda Fabianın diqqəti öz komandasındadır”.

“Napoli” ilə müqaviləsi 2023-cü ilin iyulunadək nəzərdə tutulan futbolçuyla “Barselona” da maraqlanır. Ruis, cari mövsümdə iştirak etdiyi 32 oyunda 3 qol, 2 məhsuldar ötürmə ilə yadda qalıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button