“Hər şeyə mövsümün sonunda qərar verəcəyik” – “Real”ın futbolçusu

“Espanyol”dan icarə əsasında komandada çıxış edən “Real”ın hücumçusu Xoselu bildirib ki, Madrid klubunun rəhbərliyi 2023/24 mövsümü başa çatdıqdan sonra onu satın almağı düşünəcək.

Komanda.az “Marca”-ya istinadən xəbər verir ki, ispan futbolçu arzusunun gerçəkləşdiyini bildirib:

“Hər şeyə mövsümün sonunda qərar verəcəyik, amma indi mənim arzum sözün əsl mənasında gerçəkləşir. “Real” naminə hər şeyimi verməyə hazıram”.

“Transfermarkt” portalı futbolçunun dəyərini 5 milyon avro qiymətləndirir. “Real”ın Xoselunu 1,5 milyon avroya almaq imkanı var.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button