
“Real” müdafiəni gücləndirmək istəyir, amma…
“Real” müdafiə xəttini gücləndirmək niyyətindədir, ancaq bunu böyük məbləğli transferlər olmadan həyata keçirmək istəyir.
Komanda.az xəbər verir ki, bu barədə “Marca” nəşri məlumat yayıb.
“Kral klubu”nun transfer siyahısında İngiltərə Premyer Liqasından iki müdafiəçi yer alır. Bunlar “Arsenal”dan Vilyam Saliba və “Liverpul”dan İbrahima Konatedir.
Bununla belə, Madrid təmsilçisinin rəhbərliyi bu oyunçuların transferinə pul xərcləmək niyyətində deyil. Onların hazırkı klubları ilə müqavilələrinin başa çatmasını gözləmək planlaşdırılır.
Konatenin “Liverpul”la müqaviləsinin müddəti 2026-cı ilə, Salibanın isə “Arsenal”la 2027-ci ilə qədər qüvvədədir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



