“Real”ın müdafiə xətti üçün daha bir namizədi var
PSJ-nin müdafiəçisi Presnel Kimpembe Fransa çempionatını İspaniya La Liqasına dəyişə bilər.
Komanda.az “Todofichajes”-ə istinadən xəbər verir ki, fransalı futbolçu ilə “Real” maraqlanır.
“Kral klubu” müdafiə xəttində problemlər yaşayır və gücləndiricilər axtarır. Kimpembenin namizədliyi madridlilər üçün prioritet variantlardan biri hesab olunur.
29 yaşlı müdafiəçinin Paris klubu ilə müqaviləsi 2026-cı ilin iyun ayının sonuna qədərdir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin