![](https://komanda.az/wp-content/uploads/2025/02/din-heysen.png)
“Real” müdafiəni 19 yaşlı oyunçu ilə gücləndirmək istəyir
“Bornmut”un müdafiəçisi Din Heysen karyerasını Avropanın top-klubunda davam etdirə bilər.
Komanda.az “Todofichajes”-ə istinadən xəbər verir ki, “Real” müdafiə xəttini gücləndirməyə çalışır və niderlandlı futbolçu ilə müqavilə bağlamaqda maraqlıdır.
Heysenə transfer bazarında tələbat olsa da, o, karyerasını “kral klubu”nda davam etdirmək istəyir. Onun transfer dəyəri 18 milyon avro qiymətləndirilir və hazırkı klubu ilə müqaviləsi 2030-cu ilin iyunun sonunda başa çatacaq.
19 yaşlı oyunçu bu mövsüm İngiltərə Premyer Liqasında 18 oyun keçirib, 2 qol vurub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin