“Real” istədiyi müdafiəçini tapıb – Problem maaşdır

“Əl-Nəsr”in müdafiəçisi Emerik Laport karyerasını “Real”da davam etdirməyə hazırdır.

Komanda.az “Relevo”-ya istinadən xəbər verir ki, 30 yaşlı futbolçu qış transfer pəncərəsində “kral klubu” üçün prioritet hədəf hesab olunur. İspaniyalı futbolçu komandaya müdafiədəki kadr problemlərini həll etməyə kömək edəcək.

Laport “Real”a keçmək perspektivi ilə bağlı çox həvəslidir. O, sözləşmənin baş tutmasını istəyir, amma onu transfer etmək çətin olacaq. Madrid klubu mərkəz müdafiəçisinə ildə 20 milyon avrodan çox olan cari maaşını ödəməlidir. Transferin baş tutması üçün Laport güzəştə getməli və maaşının bir hissəsindən imtina etməli olacaq. Onun bu cür fədakarlıqlara hazır olub-olmadığı bəlli deyil.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button