“Real”ın Haland planı
“Real” “Mançester Siti”nin futbolçularını – müdafiəçi Joao Kanselo və hücumçu Erlinq Halandı transfer etməkdə maraqlıdır.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, İspaniya klubu 2023-cü ilin yayında Kanselonu, 2024-cü ilin yayında isə Halandı almaq istəyir. Bu vaxta qədər isə norveçli hücumçu üçün “Mançester Siti” ilə müqavilədə nəzərdə tutulan 180 milyon avroluq sərbəst qalma bəndi aktivləşəcək.
28 yaşlı Kanselo bu mövsüm 10 oyuna çıxıb, 1 qol vurub və 3 məhsuldar ötürmə edib. 22 yaşlı Haland da 10 görüşdə iştirak edərək, 14 qol vurub və 1 məhsuldar ötürmə edib.
Bizi Telegramda izləyin
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin