“Real” Mordiçlə danışıqlara başladı

“Real” yarımmüdafiəçisi Luka Modriçlə tezliklə yeni müqavilə imzalaya bilər.

Komanda.az İspaniya mətbuatına istinadən xəbər verir ki, tərəflər müqavilənin daha bir il uzadılması ilə bağlı danışıqlar aparır. Xorvatiyalı futbolçunun agentləri onun maaşının ildə 12,5 milyon avro olmasında israr edirlər. Bu, koronavirus pandemiyası başlamazdan əvvəl Modriçin “Real”da qazandığı məbləğdir.

Futbolçunun özü də daha bir mövsüm “Real”da qalmaq istəyir.

37 yaşlı yarımmüdafiəçi bu mövsüm “Real”ın heyətində bütün turnirlərdə keçirdiyi 36 oyunda 3 qol vurub və 8 məhsuldar ötürmə edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button