“Real”ın Barella planı

“İnter”də çıxış edən yarımmüdafiəçi Nikolo Barella karyerasını İspaniyada davam etdirə bilər.

Komanda.az xəbər verir ki, bu barədə “Todofichajes” nəşri məlumat yayıb.

“Real” 28 yaşlı futbolçunun transferi ilə maraqlanır. “Kral klubu” xorvatiyalı futbolçu Luka Modriçin komandadan ayrılmasından sonra onun yerini məhz Barella ilə doldurmağı planlaşdırır.

İtaliyalı oyunçunun “İnter”lə müqaviləsinin müddəti 2029-cu ilin iyununun sonuna qədərdir. Milanlılar onun transferindən 80–100 milyon avro arası gəlir əldə etməyi planlaşdırırlar.

Barella son mövsümdə A Seriyasında 33 oyunda iştirak edib, 3 qol vurub və 6 məhsuldar ötürmə ilə yadda qalıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button