
“Real” Modriçlə müqaviləni uzatdı – rəsmi
“Real” klubu futbolçusu Luka Modriçlə müqavilənin müddətini uzadıb.
Komanda.az klubun rəsmi saytına istinadən xəbər verir ki, 36 yaşlı yarımmüdafiəçi ilə bir illik yeni sözləşmə imzalanıb.
Xorvatiyalı oyunçu 2012-ci ildən Madrid təmsilçisində çıxış edir.
Modriç 2021/2022 mövsümündə 45 qarşılaşmada 3 qol və 12 məhsuldar ötürmə ilə yadda qalıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin