
“Real” “yeni Modriç” axtarır
“Real” yarımmüdafiə xəttini gücləndirməyi planlaşdırır.
Luka Modriçin klubdakı gələcəyi qeyri-müəyyən olaraq qalır. Xorvatiyalı futbolçunun bu ilin sentyabrında 40 yaşı tamam olacaq və onun klubla hazırkı müqaviləsi iyulda başa çatacaq.
Komanda.az “Relevo”-ya istinadən xəbər verir ki, Yuni Kalafatın rəhbərlik etdiyi “Real”ın skautinq şöbəsi “yeni Modriç”i tapmağı qarşısına məqsəd qoyub. Artıq layiqli davamçı tapmaq istiqamətində işlər aparılır.
Modriç 2012-ci ildən “Real”da oynayır. O, bu mövsüm Karlo Ançelottinin komandasının heyətində bütün turnirlərdə 44 oyun keçirib, 4 qol vurub və 7 məhsuldar ötürmə edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin