
Sabiq futbolçu “Real”ın “Arsenal”a məğlubiyyətinin səbəbini açıqladı
“Arsenal”ın keçmiş fransalı futbolçusu Emmanuel Peti İngiltərə klubunun UEFA Çempionlar Liqasının 1/4 final mərhələsinin ilk oyununda “Real”ı 3:0 hesabı ilə məğlub etməsi haqda danışıb.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, bunu deyib:
“Real”ın xətlərində tarazlığın olmadığı dərhal aydın oldu. Onlarda həm hücumçu, həm də yarımmüdafiəçilər çatışmırdı. “Real” əvvəllər Luka Modriç və Toni Kroosla oyunu rahat idarə edirdi, amma ikincisi artıq yoxdur və birincisi qocalır. Və ona hörmətlə yanaşsaq, o, artıq eyni oyunçu deyil.
“Arsenal”a gəlincə, onların gücü komanda birliyindədir. “Real” meydanın mərkəzində “Arsenal”ı məğlub edə bilmədi”.
Komandalar arasında cavab oyunu bu gün keçiriləcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



