Ançelotti ondan “Real”da qalmasını istəyib

“Real” rəhbərliyi komandanın müdafiəçisi Ferland Mendi üçün yeni müqavilə təklifi hazırlayır.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, klub rəhbərliyi fransalı futbolçunun oyunundan razıdır və onun yeni müqaviləyə layiq olduğuna inanır.

Bundan əlavə, baş məşqçi Karlo Ançelotti özü şəxsən müdafiəçidən komandada qalmasını istəyib. Ancaq “Real” Mendi üçün hələlik konkret təklif irəli sürməyib.

28 yaşlı futbolçu 2019-cu ilin yayında “Lion”dan Madrid klubuna keçib. O, bu müddət ərzində bütün turnirlərdə 166 matçda iştirak edib, 6 qol vurub və 10 məhsuldar ötürmə edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button