İldən-ilə “sönən” Mbappe
“Real” bu yay Kilian Mbappe ilə müqavilə bağlamazdan əvvəl onun ən yaxşı oyunçulardan biri kimi tanındığı 2018-ci ildən bəri bütün göstəricilərində geriləməni bildirən, fiziki vəziyyəti ilə bağlı bir neçə xəbər alıb.
Komanda.az “Relevo”-ya istinadən xəbər verir ki, xüsusilə, “kral klubu”na daxil olan hesabatlardan alınan məlumatlar göstərir ki, Mbappenin mövsümdən mövsümə qət etdiyi məsafə, hərəkətin intensivliyi və sürət kimi göstəriciləri pisləşib.
Buna baxmayaraq, madridlilər 25 yaşlı fransalı hücumçunun transferinin məqsədəuyğunluğuna şübhə etmir və onun hazırkı formasını yaxşılaşdıracağına inanırlar.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin