“Real” Mbappeyə vaxt verib

“Real” PSJ-nin hücumçusu Kilian Mbappe ilə bağlı mövqeyini dəyişib.

Komanda.az AS-a istinadən xəbər verir ki, Madrid klubu hələ də 24 yaşlı futbolçu ilə maraqlansa da, bu, nəyin bahasına olursa-olsun, onunla müqavilə imzalanacağı anlamına gəlmir.

“Real” Mbappeyə cavab vermək üçün yanvarın 15-dək vaxt verib. Hücumçu bu tarixə qədər təklifi qəbul etməsə, Madrid klubu daha onu razı salmayacaq və müqavilədən imtina edəcək.

Daha əvvəl Mbappenin PSJ ilə uzunmüddətli olmaq şərti ilə yeni müqavilə imzalayacağı barədə məlumatlar yayılıb.

Mbappe bu mövsüm Liqa 1-də 14 oyun keçirib, 15 qol vurub və 2 məhsuldar ötürmə edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button