Mbappenin formaları satışa çıxarılıb – FOTO

Yayın əvvəlində “Real” hücumçu Kilian Mbappe ilə müqavilə imzaladığını açıqlayıb.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, “kral klubu” fransalı futbolçunun təqdimatının iyulun 16-da baş tutacağı ilə bağlı məlumatı təsdiqləyib. Bundan əlavə, “Real” Mbappenin 9 nömrəli formanı geyinəcəyini açıqlayıb.

Madrid klubu artıq 25 yaşlı futbolçunun formalarını öz mağazasında satışa çıxarıb.

Mbappe PSJ ilə müqaviləsi başa çatdıqdan sonra azad agent kimi “Real” keçib. O, 7 mövsüm Liqa 1 nəhəngində çıxış edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button