“Real” Mbappeni Olimpiya Oyunlarına buraxmayacaq
“Real” cari mövsümün sonunda komandaya qoşulacaq hücumçu Kilian Mbappeni qarşıdan gələn Yay Olimpiya Oyunlarına buraxmaq niyyətində deyil.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, fransalı futbolçu artıq Madrid klubu ilə müqavilə imzalayıb. Mbappe ilə müqavilə bağlayanda “Real” onu Olimpiya Oyunlarına buraxmayacağını açıqlayıb və hücumçunun klubun şərtini qəbul etdiyi qeyd edilir.
2024-cü il Olimpiadasının iyulun 26-dan avqustun 11-dək keçirilməsi planlaşdırılır. Daha əvvəl Olimpiadada Fransa gənclər yığmasında yaşı 23-dən yuxarı olan üç futbolçunun – Mbappenin, “Atletiko”nun hücumçusu Antuan Qrizmann və “Milan”ın forvardı Olivye Jirunun da iştirak edəcəyi barədə məlumat yayılıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin