Madriddə Mbappedən razı qalıblar

“Real”ın futbolçuları və məşqçilər heyəti komandanın yeni oyunçusu Kilian Mbappenin davranışını bəyənib.

Komanda.az AS nəşrinə istinadən xəbər verir ki, Madrid klubunun futbolçuları və əməkdaşları fransalı futbolçu ilə asan ünsiyyət qura bildiklərini bildiriblər. Komanda üzvləri Mbappeni təvazökar və işə köklənmiş futbolçu kimi xarakterizə ediblər.

25 yaşlı hücumçu bu yay azad agent kimi PSJ-dən “Real”a keçib. O, “kral klubu” ilə 5 illik müqavilə imzalayıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button