
“Real” Vinisiusa “xəyanət edib”
“Real” Neymar və Kilian Mbappeni onların PSJ-də oynadığı dövrdə heyətinə qatmaq istəyib.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, “kral klubu” hər iki oyunçunun keçidinə görə müqaviləyə hücumçusu Vinisius Junioru da daxil edə bilərmiş.
Braziliyalı futbolçu, Mbappe və Neymarın Madrid komandasına transferi üçün kompensasiyanın bir hissəsi olacaqmış. Ancaq həmin vaxt bu keçidlər baş tutmayıb.
Mbappe keçən ilin yayında “Real”a qoşulub və Vinisiusla birlikdə komandanın hücum ikilisini təşkil edir. Neymar isə hazırda Braziliyadadır və “Santos”da oynayır.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



