
“Real” Mbappeni transfer etmək üçün hərəkətə keçib
“Real” 2024-cü ilin yanvar ayının əvvəlində PSJ-nin hücumçusu Kilian Mbappeni almaq üçün sənədləri hazırlamağa başlayıb.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, gələn həftə fransalı futbolçunun Madrid klubunun oyunçusu olub-olmayacağı ilə bağlı həlledici olacaq. “Real” rəhbərliyi lazımi sənədləri əvvəlcədən hazırlamağa başlayıb. Klubun prezidenti Florentino Peres yanvar ayında Mbappeyə zəng edərək, hələ də “Real”a qoşulmaq istəyib-istəmədiyini soruşacaq.
Daha əvvəl Mbappenin uzunmüddətli olmaq şərti ilə PSJ ilə yeni müqavilə imzalayacağı barədə məlumatlar ortaya çıxmışdı.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin