Mbappe Fransa prezidenti ilə nə danışıb?
Qətər əmiri Təmim bin Həməd Al Taninin dövlət səfəri münasibətilə Yelisey sarayında təşkil olunan şam yeməyi zamanı PSJ-nin hücumçusu Kilian Mbappe ilə Fransa prezidenti Emmanuel Makron arasında söhbətin təfərrüatları məlum olub.
Komanda.az “RMC Sport”-a istinadən xəbər verir ki, 25 yaşlı futbolçu hələlik “Real”la onun arasında razılaşma olmadığını bildirib. PSJ-nin sahibi olan Qətər əmiri hücumçuya uğurlar arzulayıb.
Mbappe PSJ rəhbərliyinə mövsümün sonunda klubdan ayrılacağını bildirib. Onun klubla müqaviləsi yayda başa çatacaq. Daha sonra bir çox mətbuat orqanları fransalı futbolçunun “Real”a keçməyə razılıq verdiyini yazıb.
Mbappe bu mövsüm PSJ-nin heyətində 32 oyun keçirib, 32 qol vurub və 7 məhsuldar ötürmə edib.
Bizi Facebook-da izləyin