
“Real” portuqaliyalı futbolçu ilə maraqlanır
“Real” “Mançester Yunayted”in yarımmüdafiəçisi Bruno Fernandeslə maraqlanır.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, Madrid klubu portuqaliyalı futbolçunu yarımmüdafiəçisi Luka Modriçin potensial əvəzləyicisi kimi görür.
“Qırmızı şeytanlar”ın baş məşqçisi Ruben Amorim Fernandesi komandada saxlamaq istəyir. Lakin klub da əlavə gəlir əldə etmək və xərcləri azaltmağı düşünür.
Fernandes bu mövsüm bütün yarışlarda 44 matçda iştirak edib, 16 qol vurub və 16 məhsuldar ötürmə verib. Onun klubla hazırkı müqaviləsi 2027-ci ilin yayına qədərdir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



