
“Real” “Mançester Siti”ni, PSV “Yuventus”u ÇL-dən qovdu
Çempionlar Liqasında pley-off mərhələsinə yekun vurulub.
Komanda.az xəbər verir ki, son gündə 4 cavab görüşü keçirilib.
Dortmund “Borussiya” ilk oyunda qalib gəldiyi “Sportinq”i bu dəfə məğlub edə bilməsə də, mərhələ adlayıb.
PSJ bir həftə əvvəl 3:0 hesabı ilə məğlub etdiyi “Brest”ə bu dəfə 7 cavabsız qol vurub və adını 1/8 finala yazdırıb.
İlk görüşdə 3:2 hesablı qələbə qazanan “Real” “Mançester Siti”ni bu dəfə doğma meydanında qəbul edib. Yenə qalib gələn “Real” 1/8 finala adlayıb, “Mançester Siti” isə mübarizəni dayandırıb.
Əlavə vaxta gedən PSV – “Yuventus” matçında isə Niderland klubu sevinən tərəf olub.
UEFA Çempionlar Liqası
Pley-off mərhələsinin cavab oyunları
19 fevral
“Borussiya” (Almaniya, Dortmund) – “Sportinq” (Portuqaliya) 0:0
İlk oyun – 3:0
PSJ (Fransa) – “Brest” (Fransa) 7:0
Qollar: Barkola, 20. Kvaratsxeliya, 39. Vitinya, 59. Due, 64. N.Mendes, 69. Q.Ramos, 76. Mayulu, 86.
İlk oyun – 3:0
“Real” (İspaniya) – “Mançester Siti” (İngiltərə) 3:1
Qollar: Mbappe, 4; 33; 61 – Niko, 90+2.
İlk oyun – 3:2
PSV (Niderland) – “Yuventus” (İtaliya) 3:1
Qollar: Perişiç, 53. Saibari, 74. Flaminqo, 98 – Vea, 63.
İlk oyun – 1:2
Bizi Facebook-da izləyin